• cümə, 29 Mart, 12:09
  • Baku Bakı 14°C

“Qərb ölkələri ərəb dünyasının yeraltı və yerüstü sərvətlərini talan etmək istəyir”

25.04.18 15:20 403
“Qərb ölkələri ərəb dünyasının yeraltı və yerüstü sərvətlərini talan etmək istəyir”
"Əgər İranın nüvə sazişinə dair Hərtərəfli Birgə Fəaliyyət planı pis idisə, niyə onu imzaladınız?..”
APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İran prezidentiHəsən Ruhani"Təbriz - 2018” tədbirlərinin rəsmi açılış mərasimində çıxışında deyib.
H. Ruhani bildirib ki, ABŞ və Qərb ölkələri ərəb dünyasının yeraltı və yerüstü sərvətlərini talan etmək istəyirlər: "Tamah və acgözlüyünüz hara kimi davam edəcək? Bölgədəki neft yataqlarımızı istəyirsiniz? Yoxsa bəzi ölkələrin sahib olduğu yüz milyardlara göz dikmisiniz? Bölgənin zənginliyi sizləri dəli etdiyi üçün hər gün bölgədəki xalqların mənafeyinə və yeni çağa uyğun olmayan sözlər danışırısınız”.
Əcnəbi güclərin bölgəyə hər hansı sabitlik gətirməyəcəyini söyləyən H. Ruhani qeyd edib ki, Əfqanıstandakı dağıntılar,İraqdakı hücumlar, bölgədə terror alovunun artması və Səudiyyə Ərəbistanının Yəməni bombalaması xarici güclərin regiondakı əməllərinin nəticəsidir.
İran prezidenti ortaq mənafe uğrunda dünya ölkələri ilə münasibətlər qurmağa və davam etdirməyə hazır olduqlarını da vurğulayıb: "Hər zaman doğru yolu və qarşılıqlı uduş prinsipini müdafiə etdik. Beynəlxalq münasibətlərdə hər kəs öz maraqlarını axtararsa, anlaşmalar davamlı olmaz”.
banner

Oxşar Xəbərlər