• cümə axşamı, 25 aprel, 05:12
  • Baku Bakı 19°C

“Qərb Azərbaycana qarşı ikili standart siyasəti yeridir”

17.04.14 14:56 1451
“Qərb Azərbaycana qarşı ikili standart siyasəti yeridir”
Böyük Britaniya Parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Deyvid Deyvis Qərb dövlətlərinin liderlərinin Ukraynanın ərazi bütövlüyünə göstərdikləri kəskin dəstəyin Azərbaycana göstərilməməsi və Dağlıq Qarabağ məsələsində ikili standart siyasətinin yürüdülməsini pisləyib.
Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, D. Deyvis Ukraynada baş verən hadisələrlə bağlı mövqeyini bildirərək, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatla çıxış edib.
D. Deyvis bəyanatın qeyd edib ki, Ukraynada baş verən son hadisələr sabitliyin Avropa üçün nə qədər önəmli olduğunu bir daha göstərib: “Rusiyanın Krımı özünə birləşdirməsi Barak Obama, Devid Kameron, Angela Merkel də daxil olmaqla, Qərb liderlərinin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə nəticələndi. Onlar Rusiyanı etdiyi hərəkətə görə qınamaqda və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəkləməkdə tamamilə haqlı olaraq yekdil mövqe göstərirlər.
Lakin bu bizim Azərbaycana qarşı ikili standartlarla yanaşmamızı də üzə çıxarır. Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir parçasıdır, lakin biz eyni liderlərin kəskin dəstəyini Ukrayna məsələsində olduğu kimi eşitmirik. Böyük Britaniya BP şirkəti vasitəsilə Azərbaycanda ən böyük sərmayəçidir, münaqişənin yenidən qızışacağı təqdirdə biz çox şey itirəcəyik. İndi bizim üçün Dağlı Qarabağdakı vəziyyəti daha çox diqqətə almağın və məsələnin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinin, məcburi köçkün düşmüş yüz minlərlə azərbaycanlının evinə qayıtmasının tam zamanıdır”.
banner

Oxşar Xəbərlər