• cümə, 19 Aprel, 04:02
  • Baku Bakı 18°C

“Qərb Azərbaycana minnətdar olmalıdır”

20.09.13 13:40 1167
“Qərb Azərbaycana minnətdar olmalıdır”
“Əfqanıstandakı İSAF qüvvələrinin tərkibində xidmət edən Azərbaycan hərbçilərinə və NATO qoşunlarının mütəmadi dəstəklənməsində qərb Azərbaycana minnətdarlıq etməlidir”.
Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, Böyük Britaniyanın Avropa Şurasındakı deputatı, Mühafizəkarlar Partiyasının üzvü, şurada Uels Məsələləri üzrə Komitənin sədri Devid Deyvis bunu AAC-ın Azərbaycanın terrorizimlə mübarizəyə qarşı beynəlxalq koalisiyada iştirakına dair suallarını cavablandırarkən deyib.
D. Deyvis bildirib ki, son illər ərzində Azərbaycan Kosovo, İraq və Əfqanıstandakı sülhməramlı missiyalarda fəal iştirak edib: “Hazırda İSAF missiyasının təchizatının 40 faizi Azərbaycanın quru və hava məkanından keçməklə Əfqanıstana daşınır. Gələn il NATO öz qoşunlarını Əfqanıstan ərazisindən çıxarmağa başlayanda “hava körpüsü” məsələsi daha da aktuallaşacaq. Böyük ehtimalla, ağır texnika da Azərbaycan ərazisindən keçəcək. Qazaxıstan vasitəsilə daşınan yük sonradan Xəzər dənizi vasitəsilə göndəriləcək. Həmin yükün NATO-nun Türkiyədəki bazasına çatdırılması isə Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsi ilə təmin olunacaq”.
banner

Oxşar Xəbərlər