• cümə, 26 Aprel, 17:06
  • Baku Bakı 23°C

“Qərargah zabit­lərinin hazırlığı” akademik kurslarının ilk məzunlarına sertifikatlar verilib

09.05.16 10:21 954
“Qərargah zabit­lərinin hazırlığı” akademik kurslarının ilk məzunlarına sertifikatlar verilib
Dövlət Sərhəd XidmətiAkademiyasında "Qərargah zabit­lərinin hazırlığı” akademik kurslarının ilk məzunlarına sertifikatların verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat MərkəzindənAPA-ya verilən məlumata görə,mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının KomandanıElçin Quliyeviştirak edib.

Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə general-polkovnikElçin Quliyevtərəfindən gənc zabitlərə sertifikatlar təqdim olunub. Sertifikatlar təqdim olunduqdan sonra gənc zabitlərin adından çıxış edən kapitan T.Ağamalıyev akademik kursların ilk məzunları olmaqdan şərəf və qürur duyduqlarını bildirib. Akademik kursları bitirmiş zabitlər Vətənə sədaqətlə xidmət edəcəklərinə, onlara göstərilən etimadı nümunəvi xidmətləri ilə doğruldacaqlarına, dövlət sərhədlərimizin etibarlı mühafizəsini təmin etmək üçün bilik və bacarıqlarını əsirgəməyəcəklərinə söz veriblər.Dövlət Sərhəd XidmətiAkademiya­sının rəisi polkovnik Elşən Verdiyev "Qərargah zabitlərinin hazırlığı” akademik kurslarının təşkili barədə məlumat verib.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı E. Quliyev akademik kursları müvəffəqiyyətlə başa vuran zabitlərin Azərbaycan sərhəd mühafizəsinin inkişafında mühüm rol oynayacaqlarına əminliyini ifadə edib. Zabitləri təbrik edən E. Quliyev onlara uğurlar arzulayıb, tövsiyələr, tapşırıqlar verib.
banner

Oxşar Xəbərlər