• cümə, 26 Aprel, 00:34
  • Baku Bakı 16°C

Qəhrəmanlar ölmür!

28.04.14 13:06 1403
Qəhrəmanlar ölmür!
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatında “Şahin” və “Cəsurlar” hərbi-idman və turizm oyunlarının qaliblərinin mükafatlandırılma mərasimi və “Qəhrəmanlar ölmür! - yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi”- layihəsinin yekunu keçirilib.
Tədbirdə layihə rəhbəri Aytac Əliyeva layihə çərçivəsində həyata keçirilən təqdimatlar haqqında məruzə edib. Bildirib ki, Prezident yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində Milli Qəhrəmanlar haqqında məlumatları əks etdirən kitab, broşür, həmçinin təqvimlər hazırlanıb.
Tədbirdə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Milli Məclisin deputatı, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Gənclər Fondunun nümayəndəsi Vaqif Seyidbəyov çıxış edərək, layihə haqqında fikirlərini bölüşüblər. Sonra Binəqədi rayonu üzrə “Şahinlər” hərbi idman oyununun qalibləri olan 100, 182, 299, 157 və 248 saylı məktəblər mükafat və diplomlarla təltif ediliblər.
Tədbir Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramovun çıxışı ilə yekunlaşıb.
banner

Oxşar Xəbərlər