• çərşənbə axşamı, 19 mart, 14:13
  • Baku Bakı 8°C

“Qəhrəman heç bir fiziki güc tətbiq etmədən intiqamını almış olur” – Onun film seçimi

19.10.18 12:30 1682
“Qəhrəman heç bir fiziki güc tətbiq etmədən intiqamını almış olur” – Onun film seçimi
Filmlərlə bağlı hər kəsin öz maraq dairəsi var. Kimi dram sevir, kimi fantastika, kimi komediya və s. Amma janrından asılı olmayaraq, çoxumuz başqalarının məsləhət gördüyü filmlərə nəzər salırıq. Bu dəfə sizə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın məsləhət gördüyü üç filmi təqdim edirik.

Riçard Girin baş rolda oynadığı "Qırmızı künc" filmi onun ən sevdikləri sırasında ilk yerdədir: "Filmdə amerikalı bir iş adamının Çində bir sövdələşmə zamanı yerli iş adamları tərəfindən insan öldürmə ittihamı ilə şərlənməsindən sonra həbsxanada keçən həyatı və bəraəti üçün apardığı ölüm-dirim savaşı əks olunub. İstər ssenari, istərsə də mükəmməl aktyor oyunu filmə ayrı bir rəng qatır”.
Siyahıda ikinci film yenə Amerika kinomatoqrafçılarının çəkdiyi "Sözlər"dir: "Fimdə marağıma səbəb olan əsas məsələ süjetlərin keçidləridir. Bir-biri ilə əlaqəsi olan müxtəlif hekayələr üzərində qurulub. Film həm yüksək aktyor oyunu, həm də müxtəlif dövrlərdə baş verən hekayələri, tutulmayan vədləri, sevgini, uğursuzluqları və bütün yalanların bir gün ifşa olunmaq kimi ehtimalını izləyiciyə aşılayır”.

Onun 3-cü seçimi isə "Boyalı örtük" filmioldu: "Film 20-ci əsrin 20-ci illərində Çində yaşayan bir ingilis cütlüyünün başına gələn hadisələrdən bəhs edir. Kitti, Volterin sakit təbiətli biri olmağından istifadə edərək, ona xəyanət edir. Xəyanətdən xəbərdar olan Volter, həkim olduğunu əsas gətirərək, arvadını da götürüb ona cəza vermək üçün Çinin vəba xəstəliyi yayılan ucqar kəndinə gedir. Kənddə ölüm-dirim mübarizəsi başlayır. Hamının sağ qalmaq üçün yeganə ümidi olan baş qəhrəman da vəbaya yoluxur və bütün ümidlər tükənir. Kitti həyat yoldaşını bu ekstremal dəhşətdə sevməyə başlayır. Sonda ən böyük cəzası, ərinə dəlicəsinə vurulduqdan sonra onu vəbadan itirməsi olur. Beləliklə, qəhrəman heç bir fiziki güc tətbiq etmədən intiqamını almış olur - öz həyatı bahasına”.
Ümumiyyətlə isə yerli kinomotoqraflardan Rasim Ocaqovun bütün filmlərini sevirəm.

Aygün Asimqızı
banner

Oxşar Xəbərlər