AZE | RUS | ENG |

Qədim Bagan şəhəri Dünya İrs Siyahısına daxil edildi

Qədim Bagan şəhəri Dünya İrs Siyahısına daxil edildi
Ümumdünya İrs Komitəsi 43-cü sessiyasının iyulun 6-da keçirilən iclası günün ikinci yarısında Myanma tərəfindən Dünya İrs Siyahısına təqdim edilən qədim Bagan şəhəri haqqında nominasiyasının müzakirəsi ilə davam edib.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, ICOMOS nümayəndəsi nominasiya barədə məlumat verib. Bildirilib ki, nominasiya hələ 1995-ci ildə təqdim olunub, 2001-ci ildə fayla yenidən qayıdılıb.
Bagan (Pjaa Gjan) indiki Myanma ərazisində mövcud olmuş eyniadlı dövlətin (XI-XIII əsrlər) paytaxtı olub. Qədim şəhərin yerləşdiyi ərazi Buddizm dininə aid abidələrə zəngindir və Bagan sivilizasiyasını əks etdirir.
Ərazi bu gün buddistlərin zəvvarlıq məkanı kimi də fəaliyyətdədir. Buradakı arxeoloji zonada 3500-dən çox abidə, o cümlədən qədim monastırlar və s. var. Tarixi ərazidə 7 şəhər və 2 kənd yerləşir. 1975 və 2016-cı illərdəki zəlzələ nəticəsində buradakı abidələrin bir qisminə zərər dəyib.
Daha sonra üzv ölkələrin fikirləri dinlənildi. Uqanda, Çin , İspaniya qərar layihəsini dəstəklədiklərini vurğulayıblar.
Müzakirələrdən sonra Myanmanın faylı qəbul edilib. Myanma nümayəndəsi təşəkkürünü bildirərək hər kəsi bu məkanı ziyarət etməyə - Bagan abidələri ilə tanış olmağa dəvət edib.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9162
GEL 1 1 Gürcüstan larisi 0.5985
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1363
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.7269
KWD 1 1 Küveyt dinarı 5.5859
TRY 1 1 Türkiyə lirəsi 0.2968