• cümə axşamı, 18 aprel, 08:08
  • Baku Bakı 12°C

Qəddafinin oğluna edam cəzası

28.07.15 15:35 1299
Qəddafinin oğluna edam cəzası
Liviyanın keçmiş lideri Muammər Qəddafinin oğlu Seyfülislam Qəddafi, keçmiş milli təhlükəsizlik naziri Abdullah əs-Sənusi və keçmiş baş nazir Başbakan əl-Bağdadi əl-Mahmudi haqqında edam cəzası verilib.
APA-nın Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, adları çəkilən şəxslərlə yanaşı daha 7 nəfər “Qəddafinin devrildiyi 2011-ci ildəki üsyan zamanı etdikləri cinayətlərə görə” edam cəzasına məhkum edilib.
Qəddafinin oğlu haqqında hökm qiyabi verilib. Çünki Seyfülislam hazırkı Liviya hakimiyyətinə tabel olmayan keçmiş üsyançı qrup tərəfindən Zintan bölgəsində saxlanılır.
Seyfülislam işlətdiyi ehtimal edilən cinayətlərə görə Beynəlxalq Cəza Məhkəməsi tərəfindən də axtarılırdı.

banner

Oxşar Xəbərlər