• cümə axşamı, 25 aprel, 15:11
  • Baku Bakı 23°C

Qəbiristanlıqda yanğın olub

24.12.13 08:32 1516
Qəbiristanlıqda yanğın olub
Lənkəranda yanğın hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə ötən gecə şəhərin “Kiçik Bazar” qəbiristanlığının ərazisində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Qısa müddət ərzində yanğının genişlənməsinin qarşısı alınıb.
Yanğın yaxınlıqda yerləşən, 51 yaşlı şəhər sakini Əlisa Məmmədova məxsus anbar və gözətçi otağını əhatə edib. Ümumi sahəsi 160 kv/m olan tikilinin 50 kv/m ərazisi tamamilə yanaraq sıradan çıxıb. Yanğınsöndürənlər tikilinin içərisində 2 qaz balonu da aşkarlayıblar. Yanğının baş verməsinin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.
Qeyd edək ki, qəbiristanlıq ərazisindəki yanğın qəbir daşlarından bir neçə metr aralıda baş verdiyindən qəbir daşlarına ziyan dəyməyib.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər