• cümə, 19 Aprel, 10:55
  • Baku Bakı 13°C

Qəbiristanlıqda öldürülən qadının qatili məlum oldu - Yenilənib

06.09.13 13:12 1285
Qəbiristanlıqda öldürülən qadının qatili məlum oldu - Yenilənib
Bakıda qəbiristanlıqda törədilən ağır qətl hadisəsinin üstü açılıb. Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində qətlə yetirilən qadının 1968-ci il təvəllüdlü Nazilə Nüsrət qızı Əmrahova olması müəyyənləşib.
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində N.Əmrahovanın tanışı, 1970-ci il təvəllüdlü Zeynal Sadıqov tərəfindən bıçaqlanaraq öldürüldüyü məlum olub. Z.Sadıqov tutulub.
Z.Sadıqov polisə verdiyi ilkin ifadəsində N.Əmrahovanı borc üstündə öldürdüyünü etiraf edib. Polisdən həmçinin bildirilib ki, qətli törədən Z. Sadıqov əvvəllər Dövlət Yol Polisində çalışıb.
-------
12:36
Bakıda qəbiristanlıqda qadın meyiti tapılıb. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən qəbiristanlıqda meyiti aşkarlanan 25-30 yaşlarında qadının üzərində zorakılıq əlamətləri olub.
Hadisə yerinə rayon prokurorluğunun və rayon Polis İdarəsinin əməkdaşları çıxıb.
Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib. Qətlə yetirilən qadının şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər