• cümə, 19 Aprel, 01:35
  • Baku Bakı 18°C

“Qəbələ”–“Maynts” görüşünü litvalı hakimlər briqadası idarə edəcək

27.09.16 13:35 1118
“Qəbələ”–“Maynts” görüşünü litvalı hakimlər briqadası idarə edəcək
UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qəbələ”–"Maynts” oyununun hakimləri açıqlanıb.
AZƏRTACxəbər verir ki, UEFA bu qarşılaşmanı litvalı hakimlər briqadasına həvalə edib.
Oyunun baş hakimi Gediminas Majeyka olacaq. Ona Vyautas Şimkus və Vytenis Kazlauskas kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vladimir Gerasimov yerinə yetirəcək. Görüşün əlavə köməkçi hakimləri Sergeyus Sliva və Yuri Paskovski olacaq.
Hakim-inspektor kimi Bakıya gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi kimi isə hollandiyalı Eugene Vesterink gələcək.
Qeyd edək ki, "Qəbələ”–"Maynts” qarşılaşması sentyabrın 29-da 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək.
banner

Oxşar Xəbərlər