• cümə, 19 Aprel, 03:07
  • Baku Bakı 18°C

Qəbələdə VI Beynəlxalq Musiqi Festivalı

24.07.14 08:02 1153
Qəbələdə VI Beynəlxalq Musiqi Festivalı
Tədbirdə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanlandığı təbrik məktubu oxunub.
Daha sonra mərasimdə festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gələn bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamlayıb, festivalın işinə uğurlar arzulayıblar. Çıxış edənlər bildiriblər ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir.
Sonra açıq havada qurulan səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olub. Konsertdə Xəyyam Mirzəzadənin “Səməd Vurğun poemasına illüstrasiyalar”, Volfqanq Amadey Mosartın “Alleqro”, Qara Qarayevin ”Alban rapsodiyası” və digər tanınmış azərbaycanlı və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. Konsertdə skripkada Kamran Ömərli, pianoda Əməkdar artist Gülşən Ənnağıyeva çıxış ediblər. Musiqi axşamında Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Rauf Abdullayev dirijorluq edib.
Avqustun 1-dək davam edəcək musiqi bayramında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər./apa/
banner

Oxşar Xəbərlər