• cümə, 29 Mart, 10:35
  • Baku Bakı 5°C

Qəbələdə və Cəlilabadda yanğın olub

29.04.17 09:45 1519
Qəbələdə və Cəlilabadda yanğın olub
Qəbələdə yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Qəbələ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1750 m2 olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 100 m2 sahədə, içərisində yığılmış 2 ton ot bağlamasının 1 tonu və 300 kq arpa yanıb.
Tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər yanğın Cəlilabadda olub. Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Seyidbazar kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 216 m2 sahədə yanıb. Evin bir otağı və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər