• cümə, 19 Aprel, 04:46
  • Baku Bakı 18°C

Qəbələdə törədilən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb

03.08.19 15:21 10129
Qəbələdə törədilən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb
Cari il iyulun 31-də Qəbələ rayonunun Dızaxlı kəndi ərazisində kənd sakini Teymur Səfərçinovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, onun kliniki ölüm keçirməsi bildirilib və avqustun 1-də kənd qəbiristanlığında dəfn edilib.
Araşdırmalarla həmin gün kəndin ərazisində T.Səfərçinovla həmkəndlisi N.Rəhimov arasında münaqişə baş verməsi və sonuncunun onu baş nahiyəsinə yumruqla vurduğundan ölməsi müəyyən edilib.
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Rəhimov tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
banner

Oxşar Xəbərlər