• cümə, 29 Mart, 03:49
  • Baku Bakı 7°C

Qəbələdə toyda zəhərlənənlərin sayı 75 nəfərə çatıb

06.08.19 10:07 5298
Qəbələdə toyda zəhərlənənlərin sayı 75 nəfərə çatıb
Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra qida zəhərlənməsi ilə əlaqədar Mərkəzi Rayon Xəstəxanası və Diaqnostika Mərkəzinə müraciət edənlərin sayı 75 nəfərə çatıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciət edənlərin 16-sı qadın, 7-si uşaq, qalanları kişilərdir. Zəhərlənmə ehtimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımi tibbi yardım göstərilib:"Gecə saat 2-də xəstəxanada 6 nəfər olub ki, onların da 4-ü səhərə yaxın evə buraxılıb. Hazırda xəstəxanada 2 nəfər müalicəsini davam etdirir. Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş iş rejimində işləyir".

banner

Oxşar Xəbərlər