• şənbə, 20 Aprel, 14:06
  • Baku Bakı 23°C

Qəbələdə beynəlxalq yarış və ümumrespublika birinciliyi keçirilir

28.06.16 18:36 1344
Qəbələdə beynəlxalq yarış və ümumrespublika birinciliyi keçirilir
Bu gün Qəbələ şəhərində "Gənc xilasedici” IV Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən” V Ümumrespublika birinciliyinə start verilib.Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən tədbirin iştirakçıları Bakıda Fəxri xiyabanda Heydər Əliyevin məzarını,Şəhidlər xiyabanını ziyarət ediblər.

FHN-inmətbuat xidmətindənAPA-ya verilən məlumata görə, yarışların açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini,tibb xidməti general-leytenantı Faiq Tağızadə, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarış iştirakçılarına uğurlar arzulayıb, belə yarışların keçirilməsinin gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açacağına əminliklərini ifadə ediblər.

İyulun 3-nə kimi davam edəcək beynəlxalq yarışda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Pakistan, Gürcüstan və Belarusdan olan təmsilçilər iştirak edirlər. Ümumrespublika birinciliyində isə 10 rayon və şəhərin komandaları güclərini sınayırlar.
banner

Oxşar Xəbərlər