Qəbələdə 5 otaqlı ev yanıb
Səhər saatalrında Qəbələdə yanğın faktı qeydə alınıb. Trend-ə FHN-dən verilən məlumata görə, rayonun Məlikli kəndində vətəndaşa məxsus ümumi sahəsi 163 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 09:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.