• cümə, 29 Mart, 04:37
  • Baku Bakı 7°C

“Qəbələ” sabah Madridin “Real” klubu ilə oynayacaq

19.09.13 13:28 1297
“Qəbələ” sabah Madridin “Real” klubu ilə oynayacaq
"Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandası məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyonun adını daşıyan beynəlxalq turnirdə iştirak məqsədilə İspaniyadadır. Apasport.az saytının məlumatına görə, "Real", "Barselona", "Atletiko", "Yuventus" kimi tanınmış komandaların iştirakı ilə baş tutacaq turnirin qrup oyunlarının vaxtı müəyyənləşib.
"Qırmızı-qaralar" sabah açılış matçında "Real"la üz-üzə gələcək. I qrupda yer alan "Qəbələ"nin oyun qrafiki aşağıdakı kimidir:
I Qrup
20 sentyabr
13:00 "Real" (Madrid, İspaniya) - "Qəbələ"
14:30 "Qəbələ" - "CEF Yunayted" (Yaponiya)
20:15 Los-Anceles Akademiyası (ABŞ) - "Qəbələ"
21:45 "Qəbələ" - "Stoksund" (İsveç)
21 sentyabr
13:45 "Akademika Koimbra" (Portuqaliya) - "Qəbələ"
Qeyd edək ki, saatlar Bakı vaxtı ilə göstərilib. Komandalar qruplarda tutduqları yerə görə çıxışlarını davam etdirəcək.
banner

Oxşar Xəbərlər