• cümə, 29 Mart, 13:42
  • Baku Bakı 14°C

Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Bum meşəbəyliyində yanğın baş verib

02.09.17 12:50 1711
Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Bum meşəbəyliyində yanğın baş verib
Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Abrıx kəndi ərazisindəki Bum meşəbəyliyinin 2 saylı dolayında yanğın baş verib.
Ekologiya və Təbii Sərvətlər NazirliyindənAZƏRTAC-a verilən xəbərə görə, yüksək dağlıq ərazidə baş vermiş yanğının havanın isti və küləkli olması səbəbindən söndürülməsində çətinliklər yaranıb. Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin ətraf rayonlarının yerli qurumlarının əməkdaşları yüksək dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün ciddi səy göstərirlər. Əraziyə helikopterlər cəlb olunub. Hazırda yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ tədbirlər görülür.
Yanğın 1,5 hektar ərazini əhatə edir.
banner

Oxşar Xəbərlər