AZE | RUS | ENG |


"Qəbələ" klubu Gürcüstanda "Dinamo" və "Saburtalo" komandaları ilə qarşılaşacaq

"Qəbələ" futbol klubunun əvəzedicilərdən ibarət komandasının qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, 2017-2018-ci il mövsümünün ilk yarısını lider kimi başa vuran komanda hazırlığına yanvarın 7-də başlayıb. Yanvarın 26-dək davam edəcək hazırlığın ilk mərhələsi Qəbələ və Bakıda olacaq. Baş məşqçi Emin İmaməliyevin yetirmələri bu müddətdə bir neçə yoxlama oyunu keçirəcəklər. Rəqiblər hələ müəyyənləşməyib.

Hazırlıq prosesinin ikinci mərhələsi Gürcüstanda təşkil ediləcək. Əvəzedicilər yanvarın 26-dan fevralın 2-dək qonşu ölkədə toplanışda olacaqlar. "Qəbələ" Gürcüstanda 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Bunlardan ikisində rəqib müəyyənləşib. Komandamız Tibilisi "Dinamo"su və "Saburtalo"nun əvəzediciləri ilə üz-üzə gələcək. Yoxlama oyunundakı üçüncü rəqibin adı hələ dəqiqləşməyib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6760
GBP 1 İngilis funt sterlinqi 2.3852
TRY 1 Türk lirəsi 0.4514
KWD 1 Küveyt dinarı 5.6645
SEK 1 İsveç kronu 0.2127
EUR 1 Avro 2.0948
CHF 1 İsveçrə frankı 1.7804
USD 1 ABŞ dolları 1.7001