• cümə, 29 Mart, 16:39
  • Baku Bakı 14°C

“Qəbələ”– “Dinamo” matçında pankartlar açılıb

09.07.15 21:53 2163
“Qəbələ”– “Dinamo” matçında pankartlar açılıb
Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində bu gün keçirilməli olan “Qəbələ” – “Dinamo” (Tiflis) matçı başlayıb.
Apasport.az saytı xəbər verir ki, “Qəbələ” rəhbərliyi ilk matçda azarkeşlər arasında baş verən insidenti nəzərə alaraq, ehtiyatlı davranıb.
Belə ki, meydanda qapılardan birinin arxasındakı sektor boş saxlanılıb. Ora lent bağlanıldığı üçün, həmin sektora fanatlar buraxılmayıb.
Gürcü azarkeşlər həmin sektorun sol tərəfində yerləşdirildiyindən, bu addım görünür, onlarla yaxınlıqdakı yerli azarkeşlər arasında insident baş verməsinin qarşısını almaq üçün atılıb.
Qeyd edək ki, bu komandaların Tiflisdə keçirilən birinci qarşılaşmasında “Dinamo”nun bir qrup azarkeşi “Qəbələ” fanatlarını döyərək, Azərbaycanın və klubun bayrağını tapdalayaraq, təhqir etmişdilər. Onlar stadionda Azərbaycan əleyhinə şüarlar açmışdılar.
Bu dəfə də “Dinamo” (Tiflis) fanatları Qəbələ şəhər stadionuna Abxaziyanın Gürcüstanın ərazisi olduğunu göstərən plakat gətiriblər.
Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıdğı və bu matç da Azərbaycan ərazisində keçirildiyi üçün plakatın bu meydanda qaldırılmasının hansı anlam daşıdığı da müəmmalıdır.
“Qəbələ” azarkeşləri isə Azərbaycan xəritəsini özündə əks etdirən plakat asıblar. Yerli azarkeşlər həmçinin “Borçalı Azərbaycanındır” pankartını açıblar. Pankartda həmçinin “Sarvan no Marneuli” yazısı olub. Lakin onlar pankartı çox saxlaya bilməyiblər.
Polislər müdaxilə edərək, pankartı yığışdırıblar.
banner

Oxşar Xəbərlər