• cümə axşamı, 25 aprel, 13:51
  • Baku Bakı 23°C

Qəbələ Beynəlxalq Musiqi Festivalı ən nüfuzlu beynəlxalq festivallarının siyahısına daxil olub

01.08.18 10:45 895
Qəbələ Beynəlxalq Musiqi Festivalı ən nüfuzlu beynəlxalq festivallarının siyahısına daxil olub
Qəbələ Beynəlxalq Musiqi Festivalı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək diqqət və qayğısı sayəsində ən nüfuzlu beynəlxalq festivalların siyahısına daxil olub.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib: "Qəbələyə festivala ən yaxşı dünya şöhrətli musiqiçilər, kollektivlər və vokalçılar gəlir. Bu yüksək nəticədir, çünki bu gün Qəbələyə mədəni istirahət üçün çoxlu sayda turistlər gəlir".
Nazir bildirib ki, Qəbələ festivalı ölkənin mədəni həyatında çox mühüm hadisədir: "İldən-ilə festival daha da maraqla qarşılanır, ölkənin musiqi həyatın və klassik incəsənətin təbliğində vacib yer tutur. Birinci festival təşkil olunduqda, heç kəs fikirləşə bilməzdi ki, Qəbələ festivalı klassik incəsənətin dünya proqramında layiqli yer tutacaq və böyük beynəlxalq auditoriyanı əhatə edəcək".
banner

Oxşar Xəbərlər