AZE | RUS | ENG |


“Qəbələ” Avroliqada mübarizəni dayandırıb

“Qəbələ” Avroliqada mübarizəni dayandırıb
Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunları davam edir. Apasport.az saytının məlumatına görə, mübarizəni bu turnirdə davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qəbələ” də meydana çıxıb.
 
Əyalət klubu evdə Yunanıstan "Panatinaikos”u ilə görüşüb.
 
Bir həftə əvvəl səfərdə 0:1 hesabı ilə məğlub olan Roman Qriqorçukun yetirmələri 8-ci km qəsəbə stadionunda da məğlubiyyətə üzülüb.
 
Oyunun ilk hissəsində hesab açılmayıb. İkinci yarıya təmsilçimiz qolla başlayıb. Monrozun hazırladığı epizodu yunanların müdafiəçisi Moledo öz qapısına göndərib.
 
Ancaq "Qəbələ"nin qol sevinci uzun çəkməyib. Qoldan 10 dəqiqə sonra Lod, daha 4 dəqiqə sonra isə Kabazes vəziyyəti "Panatinaikos"un xeyrinə dəyişib.
 
Matçda başqa qol olmayıb və təmsilçimiz Avroliqa ilə vidalaşıb.
 
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
3 avqust
 
"Qəbələ” (Azərbaycan) – "Panatinaikos” (Yunanıstan) - 1:2
Qollar: Moledo, 52 (öz qapısına) - Lod, 62, Kabazes, 66
 
Baş hakim: Kreyq Pauson
Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn
Dördüncü hakim: Kevin Friend (hamısı İngiltərə)
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun – 0:1





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6586
GBP 1 İngilis funt sterlinqi 2.2843
TRY 1 Türk lirəsi 0.4459
KWD 1 Küveyt dinarı 5.6297
SEK 1 İsveç kronu 0.2022
EUR 1 Avro 2.0116
CHF 1 İsveçrə frankı 1.7266
USD 1 ABŞ dolları 1.7001