• cümə axşamı, 18 aprel, 09:48
  • Baku Bakı 12°C

“Qəbələ” 20 yaşlı futbolçu ilə müqavilə bağlayır

23.12.13 14:05 1253
“Qəbələ” 20 yaşlı futbolçu ilə müqavilə bağlayır
“Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirmək üzrədir. Apasport.az saytının məlumatına görə, Yuri Syominin baş məşqçisi olduğu komandanın tapıntısı yerli futbolçudur.
Belə ki, əyalət təmsilçisi mövsümün ilk yarısında AZAL-da çıxış edən Ruslan Tağızadəni heyətinə qatıb.
“Xəzər Lənkəran”ın da hədəfində olan 20 yaşlı müdafiəçi liderlər qrupunda olan komandaya keçməyə qərar verib.
Xəbəri komandanın meneceri Səbuhi Səfiyarlı da təsdiqləyib. Onun sözlərinə görə, Ruslan Tağızadənin transferi üçün AZAL ilə razılığa gəlinib. Yalnız müqavilə bağlanması üçün bəzi texniki məsələlər qalıb. U-21-in üzvü ilə 2 illik müqavilə bağlanacaq.
Qeyd edək ki, cari mövsümdə Premyer Liqada 13 oyun keçirən Tağızadə ölkə çempionatlarında 66 matçda 5 qol vurub. Bütün qollarını AZAL-da vuran arxa xətt oyunçusu bu klubda 38 görüşə çıxıb.
Bunadək isə “Neftçi”, “Abşeron” və “Sumqayıt”da çıxış edib. O, U-21-in heyətində AVRO-2015-in seçmə mərhələsində 2 oyun keçirib.
banner

Oxşar Xəbərlər