• cümə, 19 Aprel, 13:37
  • Baku Bakı 25°C

“Qəbələ” 2 futbolçusunu qovdu

18.04.14 16:05 1289
“Qəbələ” 2 futbolçusunu qovdu
“Qəbələ” futbol klubu fransalı hücumçu Yannik Kamanan və qvineyalı müdafiəçi Omar Kalabane ilə yollarını ayırıb. Bu haqda Lent.az-a klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.
Onun sözlərinə görə, hər iki futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Nəcəfov bildirib ki, qərar baş məşqçi Yuri Syominin istəyi əsasında çıxarılıb: “Syomin konkret olaraq bildirdi ki, Kamanan və Kalabanenin hazırkı durumu onu qane etmir. Hər iki futbolçu gözlənilən oyunu sərgiləmir. Ona görə də müqavilələrini qarşılıqlı şəkildə pozduq”.
Klub rəsmisi legionerlərin əvəzedici heyətə göndərilmə variantının qeyri-mümkünlüyünü də əlavə edib. O deyib ki, əvəzedici heyətdə “Qəbələ” Futbol Akademiyasının yetirmələri oynayırlar: “Çalışırıq ki, bu komandada əcnəbilər oynamasınlar”.
Qeyd edək ki, Yannik Kamanan "Qəbələ"yə 2012-ci ilin yanvarında, Omar Kalabane isə həmin ilin iyulunda cəlb olunub.
banner

Oxşar Xəbərlər