• cümə axşamı, 28 mart, 19:29
  • Baku Bakı 13°C

QDTİB və Azərbaycan danışıqlara başlayıb

19.08.19 09:15 10447
QDTİB və Azərbaycan danışıqlara başlayıb
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) və Azərbaycan əməkdaşlıq strategiyası layihəsi üzrə danışıqlara başlayıb.
Bunu Trend-ə özəl müsahibəsində bankın prezidenti Dmitri Pankin deyib.
O bildirib ki, Azərbaycanda dördillik strategiya barədə danışıqlar aparılır:"Bizim Azərbaycan hökuməti ilə danışıqlarımız avqust və sentyabr aylarında davam edəcək. Strategiyanın layihəsinin bu ilin sentyabrında QDTİB-in Direktorlar Şurasına təqdim olunması planlaşdırılır. Bundan sonra layihəyə bankın İdarəetmə Şurası tərəfindən razılıq veriləcək. Strategiyanın bu ilin noyabr və ya dekabrında rəsmi təsdiq olunacağı gözlənilir”.
Əməkdaşlıq strategiyasının detallarından danışan bank prezidenti bildirib ki, bu, hələlik ümumi layihədir:"Bu günədək biz çox sahələri əhatə etməyə çalışmışıq. Biz maliyyə sektorunda, istehsalatda, eləcə də kənd təsərrüfatı sahəsində işləyirik. Həmçinin, infrastruktur layihələrini də nəzərdən keçiririk. Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində, kənd təsərrüfatı, süd emalında və avadanlıq istehsalının maliyyələşdirilməsi üzrə işləməyi planlaşdırırıq”.
banner

Oxşar Xəbərlər