• cümə, 19 Aprel, 09:18
  • Baku Bakı 13°C

Qazzayevdən Mutkoya: “Müvəqqəti yalnız hamilələr olur”

26.12.17 14:05 763
Qazzayevdən Mutkoya: “Müvəqqəti yalnız hamilələr olur”
Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko vəzifəsindən müvəqqəti istefa verib. O, postundan 6 ay müddətinə uzaqlaşıb. Kaspi.az xəbər verir ki, onun bu addımına Rusiyanın tanınmış mütəxəssisi Valeri Qazzayev münasibət bildirib. Qazzayev Mutkonun qərarına ironiya ilə yanaşıb:
"Federasiya prezidentinin dəqiq mövqeyi olmalıdır. Ya adam baş verənlərə görə bütün məsuliyyəti üzərinə götürməlidir, ya da öz mövqeyini qorumalıdır.
"Vəzifəmi 6 aylıq dayandırıram” formulu nədir? Bu situasiyanı necə başa düşək? Vəzifəni müvəqqəti dayandırmaq nə deməkdi? Müvəqqəti ancaq hamilələr olur. İlk dəfədir ki, belə formula ilə üzləşirəm”.
Mutkonun istefasını FİFA tələb edirdi. O, Rusiyada idmançıların dopinq qəbul etməsinə göstəriş verməkdə ittiham olunur.
banner

Oxşar Xəbərlər