• çərşənbə, 24 Aprel, 02:48
  • Baku Bakı 14°C

"Qazprom” “Türk axını”nın 2-ci xəttinin inşasına dair protokol imzalayıb

27.05.18 09:30 645
"Qazprom” “Türk axını”nın 2-ci xəttinin inşasına dair protokol imzalayıb
Rusiyanın "Qazprom” neft-qaz şirkəti və Türkiyə hökuməti Avropaya çəkilən "Türk axını” qaz borusunun 2-ci xəttinin qurudan keçəcək hissəsinin inşasına dair protokol imzalayıblar, inşanın şərtləri və parametrlərini müəyyənləşdiriblər. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya şirkətinin məlumatında bildirilir.
"Qazprom” qeyd edir ki, sənədlərin imzalanması layihənin reallaşdırılması üzrə praktiki addımlara keçməyə imkan yaradır.
Borunun 2-ci xəttinin quru hissəsinin inşası paritet əsaslarla yaradılacaq "TurkAkim Gaz Tasima A.S.” birgə layihə şirkəti tərəfindən həyata keçiriləcək.
banner

Oxşar Xəbərlər