• cümə, 19 Aprel, 07:24
  • Baku Bakı 13°C

“Qazel”lə “İnfiniti” toqquşdu, yaralılar var

16.07.13 08:20 1244
“Qazel”lə “İnfiniti” toqquşdu, yaralılar var
APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 20-ci kilometrliyində qeydə alınıb. Xaçmaz istiqamətində hərəkətdə olan Xaçmaz şəhər sakini Ceyhun Məmmədovun idarə etdiyi 90-RP-711 qeydiyyat nişanlı “İnfiniti” markalı avtomobil Xaçmaz rayonunun Qaraçı kənd sakini, 37 yaşlı Elnur Sultanovun idarə etdiyi 10-RO-647 qeydiyyat nişanlı “Qazel” markalı yük avtomobilinə çırpılıb.
Toqquşma nəticəsində “İnfiniti” markalı avtomobil alışıb. Qəza zamanı yaralanan yük maşınının sürücüsü Elnur Sultanov və sərnişini, Xaçmaz rayonunun Qalağan kənd sakini Vasif Rəsulov müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Sürücü E. Sultanova yardım göstərildikdən sonra o, palataya yerləşdirilib. Sərnişin Vasif Rəsulovun vəziyyəti ağır olduğundan o, paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib. Qəza zamanı “İnfiniti”nin sürücüsü Ceyhun Məmmədov xəsarət almayıb. O, avtomobildə tək olub. Toqquşma nəticəsində alışan avtomobili söndürmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 1 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Lakin nəqliyyat vasitəsini yanğından mühafizə etmək mümkün olmayıb. Avtomobil tamamilə yanaraq külə dönüb.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər