• cümə axşamı, 02 may, 02:10
  • Baku Bakı 15°C

Qazaxıstanla Azərbaycan energetika və nəqliyyat sahələrində əməkdaşlığı müzakirə edəcək

18.09.16 12:25 831
Qazaxıstanla Azərbaycan energetika və nəqliyyat sahələrində əməkdaşlığı müzakirə edəcək
Sentyabrın 21-22-də Astana şəhərindəiqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Azərbaycan hökümətlərarası komissiyasının 13-cü iclası keçiriləcək.
"Report"un məlumatına görə, bu barədə "MİA Qazinform" məlumat yayıb.
"Qazaxıstan və Azərbaycan ikitərəfli energetika, tranzit və nəqliyyat sistemləri, kənd təsərrüfatı, təhsil və turizm, ticarət-iqtisadi və investisiya əlaqələrinin genişlənilməsinə aid əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədir" – deyə məlumatda deyilir.
Azərbaycan nümayəndə heyətinə energetika naziriNatiq Əliyevbaşçılıq edəcək.
İclasın sonunda yekun protokolu imzalanacaq. İkitərəfli komissiyanın növbəti, 14-cü iclası 2017-ci ildə Bakıda keçiriləcək.
Qeyd edək ki, Qazaxıstanda Azərbaycan kapitalının olduğu 700-dən çox şirkət qeydiyyata alınıb. Azərbaycanda həmçinin Qazaxıstan kapitalının iştirakı ilə təxminən 60 firma qeydiyyata alınıb.
banner

Oxşar Xəbərlər