• cümə, 29 Mart, 02:42
  • Baku Bakı 7°C

Qazaxıstanın neftinin Azərbaycan üzərindən tranziti imkanları müzakirə edilib

17.03.19 20:26 494
Qazaxıstanın neftinin Azərbaycan üzərindən tranziti imkanları müzakirə edilib
Azərbaycanın energetika naziri Pərviz Şahbazov qazaxıstanlı həmkarı Kanat Bozumbayevlə görüşüb.
NazirlikdənAZƏRTAC-a bildiriblər ki, Bakının neft sənayesinin beşiyi olduğunu xatırladan Pərviz Şahbazov bir əvvəl OPEC baş katibinin ölkəmizə səfəri zamanı irəli sürülən "OPEC plus” tədbirlərindən birinin Bakıda keçirilməsi təklifinin reallaşmasını Azərbaycanın bu format çərçivəsində roluna diqqətin göstəricisi hesab etdiyini vurğulayıb.
Görüşdə hər iki ölkənin yeni "Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində götürdükləri öhdəliklərin icra səviyyəsi, qlobal enerji bazarının vəziyyəti və Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində görülən işlər ətrafında müzakirələr aparılıb.
Kanat Bozumbayev "Kaşaqan”, "Tengiz” və digər yataqların işlənməsi, yaxın gələcəkdə əlavə həcmlərin dünya bazarına nəqli üçün nəzərdən keçirilən marşrutlar barədə fikirlərini bölüşüb. Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti və mayeləşdirilmiş təbii qazın (LNG) Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.
Kanat Bozumbayev Azərbaycanın energetika nazirini 2019-cu ilin sentyabrında Astanada keçiriləcək "Qazaxıstan enerji həftəsi”nə dəvət edib.

banner

Oxşar Xəbərlər