• cümə, 29 Mart, 16:46
  • Baku Bakı 14°C

Qazaxıstanda neft hasilatı artıb

14.11.18 13:15 602
Qazaxıstanda neft hasilatı artıb
Qazaxıstanda 2018-ci ilin yanvar-oktyabr aylarında neft hasilatının həcmi 63.882 milyon ton təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 6.2 faiz çoxdur.
AZƏRTACQazaxıstan Milli İqtisadiyyat Nazirliyinin Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ölkədə neft proqnozu cari ildə 87 milyon ton, 2019-cu il üçün isə 88 milyon ton təşkil edir.
Qazaxıstanın energetika nazirinin müavini Maqzum Mirzaqaliyev bildirib ki, regionun ən böyük yataqlarından biri olan Kaşaqanda 2018-ci ildə neft hasilatı 12 milyon tondan artıq ola bilər. Hazırda yataqdan gündə 330-340 min barrel neft hasil edilir. 2021-ci ilə qədər bu yataqdan gündə 420 min barrel neftin hasil ediləcəyi proqnozlaşdırılır.
Cari ilin 6 ayı ərzində ölkədə 52,9 milyon ton neft hasil edilib.
İlk üç rübdə istehsalın 60 faizdən çoxu ölkənin əsas neft bölgəsi olan Atirau vilayətini əhatə edir. Burada "Tengizchevroil”, "North Caspian Operating Company”, "Caspian Oil”, "Tobearal Oil”, "Atyraymunai” kimi böyük şirkətlər fəaliyyət göstərirlər.
banner

Oxşar Xəbərlər