• cümə, 29 Mart, 18:19
  • Baku Bakı 14°C

Qazaxıstanda hava şəraiti ilə əlaqədar yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

10.11.19 11:15 766
Qazaxıstanda hava şəraiti ilə əlaqədar yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Qazaxıstanda hava şəraitinin kəskin soyuması ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib.
AZƏRTACxəbər verir ki, sinoptiklərin məlumatına görə, Akmola, Pavlador, Aktobe, Kostanay vilayətlərində, eləcə də ölkənin qərb və şimal regionlarında gündüz saatlarında çovğunla müşayiət olunan güclü külək əsəcək, küləyin sürəti saniyədə 15-20 metrə çatacaq.
Hava şəraitinin pisləşməsi nəticəsində respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyatın bütün növləri üçün hərəkət müvəqqəti dayandırılıb.
banner

Oxşar Xəbərlər