• cümə axşamı, 28 mart, 18:52
  • Baku Bakı 13°C

Qazaxıstan və Qırğızıstandan Rusiyaya Nota

26.02.14 12:35 1150
Qazaxıstan və Qırğızıstandan Rusiyaya Nota
APA-nın verdiyi məlumata görə, iki Orta Asiya ölkəsinin Rusiyaya nota verməsinə səbəb Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin fevralın 23-də keçirilən mitinqdə Orta Asiya ölkələrinin Rusiyaya birləşdirilməsi ilə bağlı çağırış etməsidir.
Qırğızıstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, RLDP liderinin çıxışı dərin təəssüf hissi oyadır və iki ölkə arasında strateji əməkdaşlığın ruhuna uyğun gəlmir: “Rəsmi şəxs olan Jirinovski ilk dəfə deyil ki, qırğız xalqının milli hissiyyatını təhqir edir”.
Qeyd edək ki, keçən il Qırğızıstan parlamenti Vladimir Jirinovskini “persona-non-qrata” elan edib. Buna səbəb RLDP liderinin Qırğızıstanın Rusiyaya olan borcu müqabilində İssık-Kul gölünü verməli olduğunu bildirməsi olub.
Qazaxıstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da yüksək dövlət vəzifəsi tutan Jirinovskinin ictimai çıxışlarına ciddi və məsuliyyətli yanaşmalı olduğu bildirilib: “Biz Rusiya tərəfindən xahiş edirik ki, Jirinovskinin məlum çıxışına Rusiya və Qazaxıstan strateji əməkdaşlığı ruhunda rəsmi qiymət versin”.
Bəyanatda hazırda Vladimir Jirinovskiyə qarşı diplomatik xarakterli tədbirlər görülməsinin mümkünlüyünə baxıldığı da açıqlanıb.
banner

Oxşar Xəbərlər