• cümə, 19 Aprel, 19:57
  • Baku Bakı 24°C

Qazaxıstan prezidenti qızını Senata üzv təyin edib

13.09.16 18:13 906
Qazaxıstan prezidenti qızını Senata üzv təyin edib
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Dariqa Nazarbayeva ölkə Senatının (Yuxarı Palata) deputatı təyin edilib."Report" "Kazinform"a istinadən xəbər verir ki, bu haqda Qazaxıstanprezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, D.Nazarbayeva Qazaxıstan rəhbəriNursultan Nazarbayevnin böyük qızıdır. O, 1963-cü ildə anadan olub. M.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. D.Nazarbayeva bir il baş nazirinmüavini olub.
Xatırladaq ki, Qazaxıstan Senatının (Yuxarı Palata) 47 üzvü var.Senatın 15 üzvünü prezident təyin edir. 32 senator isə ölkəninhər vilayətindən iki nəfər olmaqla yerli hakimiyyət orqanları tərəfindən seçilir.
banner

Oxşar Xəbərlər