• çərşənbə, 24 Aprel, 09:05
  • Baku Bakı 13°C

Qazaxıstan prezidenti latın qrafikalı yeni əlifbanı təsdiqləyib

20.02.18 11:00 467
Qazaxıstan prezidenti latın qrafikalı yeni əlifbanı təsdiqləyib
Qazaxıstan prezidenti Nursultan Nazarabayev latın qrafikalı yeni əlifbanın təsdiqlənməsi barədə fərman imzalayıb.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, yeni əlifba 32 hərfdən ibarətdir.

Qeyd edək ki,Nursultan Nazarbayevötən ilin oktyabrında qazax dilininlatın qrafikalı əlifbaya mərhələli keçidi haqqında fərman imzalayıb. Fərman Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsini nəzərdə tutur.

Qazaxıstanda 1920-ci ilədək ərəb əlifbasından istifadə edilib. 1920-ci ildə latın qrafikalı əlifbaya, 1940-cı ildən isə 42 hərfli kiril əlifbasına keçilib.
banner

Oxşar Xəbərlər