• cümə axşamı, 18 aprel, 20:47
  • Baku Bakı 21°C

Qazaxıstan Prezidenti ilk dəfə xalqa müraciət edib

02.09.19 15:15 1000
Qazaxıstan Prezidenti ilk dəfə xalqa müraciət edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilk dəfə xalqa müraciət edib.
AZƏRTACxəbər verir ki, ölkə başçısı müraciətində iqtisadi, siyasi və sosial sahələrdə bir sıra qərarların qəbul olunduğunu bildirib, hökumət və parlament nümayəndələrinə müvafiq tapşırıqlar verib.
Kasım-Jomart Tokayev mövcud problemlərin həlli üçün Milli Fondun vəsaitlərindən istifadəni dayandırmağı tapşırıb. O, 2022-ci ildən hədəfli köçürmələrin həcminin iki trilyon təngəyə qədər azalacağını bildirib, dövlət tərəfindən 2022-ci ilədək sosial kirayə üçün 240 milyarddan çox pul ayrılacağını deyib.
Əhaliyə hakimiyyət orqanlarının işini qiymətləndirmək imkanı verilə biləcəyini deyən ölkə başçısı pilot layihə olaraq yerli hökumətin səmərəliliyinin əhali tərəfindən qiymətləndirilməsi sistemini tətbiq etməyin mümkünlüyünü bildirib.
Kasım-Jomart Tokayev qazax dilinin dövlət dili kimi güclənəcəyini deyib və zamanla millətlərarası ünsiyyət dilinə çevriləcəyinə inandığını bildirib.
Prezident Qazaxıstan Silahlı Qüvvələrində maliyyə və nizam-intizam məsələlərinə də toxunub.
banner

Oxşar Xəbərlər