Qazaxıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Bu gün Qazaxıstan prezidentiNursultan NazarbayevAzərbaycana rəsmi səfərə gəlib.
APA-nın məlumatına görə, iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan prezidentinihavalimanında baş nazirinin birinci müaviniYaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.