AZE | RUS | ENG |

Qazaxıstan Azərbaycana türk ölkələri üçün vahid vizanın tətbiq olunmasını təklif edib

Qazaxıstan Azərbaycana türk ölkələri üçün vahid vizanın tətbiq olunmasını təklif edib
Qazaxıstan Türkiyə, Azərbaycan və Qırğızıstana turistlər üçün nəzərdə tutulmuş "İpək yolu” vizasının tətbiq olunmasına çağırıb.

Trend-in məlumatına görə, Qazaxıstan və Özbəkistan artıq bu cür razılaşma əldə edib.

Bu rejim İpək yolu turizm marşrutu ilə hərəkət edən turistlərə Qazaxıstan-Özbəkistan sərhədini keçməyi asanlaşdıracaq.

Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstan arasında multivizanın "Müasir İpək yolu” layihəsi çərçivəsində tətbiq edilməsi təklif olunur. Hazırda Türk Şurasına daxil olan ölkələr bu turizm məhsulu ilə bağlı təklifləri nəzərdən keçirir.

Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muhamediulı "İpək yolu” vizasının Şengen vizasının analoqu ola biləcəyini deyib. O, bu viza ilə bağlı təkliflərin sentyabrın 3-ü Qırğızıstanda keçiriləcək Türk Şurası dövlət başçılarının sammitində müzakirə olunacağını bildirib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000