• şənbə, 20 Aprel, 06:41
  • Baku Bakı 14°C

Qazaxda sahibkarlar üçün treninq keçirilib

28.11.14 16:01 1319
Qazaxda sahibkarlar üçün treninq keçirilib
Bakı Biznes Tədris Mərkəzi tərəfindən Qazaxda gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi məqsədilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün növbəti treninq keçirilib. Qazax nümayəndəliyinin təşkilatçılığı ilə keçirilmiş treninq Qazax rayonunda üzümçülüyün inkişaf perspektivləri, ekoloji təmiz kənd təsərrüfatının inkişafı və İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) tərəfindən göstərilən elektron xidmətlər mövzularına həsr olunub.
İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, tədbirdə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, ekoloji təmiz üzüm istehsalının təşkili prinsiplərindən bəhs edilmiş, mövzular üzrə fikir mübadiləsi aparılıb.
Treninqdə həmçinin, İSN tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sahibkarlıq sahəsində müasir texnologiyaların tətbiqi istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyi vurğulanıb, www.b2b.az, www.icazeler.gov.az portalları barədə məlumat verilib, onların biznesin səmərəli təşkilində əhəmiyyəti qeyd olunub.
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər