• cümə, 19 Aprel, 08:17
  • Baku Bakı 13°C

Qazaxda piyadanı vuran sürücü saxlanılıb

06.12.18 17:15 705
Qazaxda piyadanı vuran sürücü saxlanılıb
Qazaxda piyadanı vuran sürücü saxlanılıb.
DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 5-də saat 20 radələrində Qazax rayonunun Çaylı kəndi ərazisində yolu keçən Tərtər rayon sakini İsgəndər Əsədli müəyyən edilməmiş avtomobillə vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta ağırdır.
Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "VAZ-21074” markalı avtomobilin sürücüsü rayon sakini Elsevər Musayev saxlanılıb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər