• cümə, 29 Mart, 11:33
  • Baku Bakı 5°C

Qazaxda maarifləndirmə tədbirləri keçirilib

14.11.14 12:56 1343
Qazaxda maarifləndirmə tədbirləri keçirilib
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Biznes ideyanı yarat”, “Öz biznesinə başla”, “Sənayedə brendləşmə” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninqlər keçirilib. Əllidən artıq gəncin iştirak etdiyi treninqlərdə mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara BBTM tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb. Tədbir çərçivəsində iştirakçılara biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, sənayedə brendləşmənin xüsusiyyətləri, brend məhsulların məqsədli bazarlara istiqamətlənməsi, www.icazeler.gov.az, www.b2b.az, elektron portalları və sair barədə ətraflı məlumat verilib.
Sonda treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər