Qazaxda itikin düşən ana və övladları Bakıda tapılıb

Qazaxda itikin düşən ana və övladları Bakıda tapılıb

Kriminal
28 Avqust 2019, 15:38 5060
Qazaxda itikin düşən ana və övladları tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qazax rayon sakini, 1991-ci il təvəllüdlü Nərgiz Qasımova övladları - 2011-ci il təvəllüdlü Günel Qasımova və 2013-cü il təvəllüdlü Elgün Qasımovla Bakı şəhərində polis əməkdaşları tərəfindən tapılıb. Bu barədə onun yaxınlarına məlumat verilib.
Qadın izahatında bildirib ki, öz istəyi ilə Bakı şəhərinə gedib. Polisdən bildirilib ki, ana və övladlarının həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, N.Qasımova və övladalrı avqustun 4-də Qazax rayon Ağköynək kəndindəki evindən evindən çıxaraq bir daha geri qayıtmayıb.