• cümə axşamı, 28 mart, 12:39
  • Baku Bakı 16°C

Qazaxda gənclər üçün treninq keçirilib

10.03.17 23:00 888
Qazaxda gənclər üçün treninq keçirilib
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax filialında gənclər üçün treninq keçirilib.
"Biznes ideyanı yarat”, "Made in Azerbaijan” brendinin yaradılması və inkişafı” mövzularında keçirilən treninqdə gənclərə biznes ideyanın yaradılması, biznes planın tərtib edilməsi, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları, brendləşmənin məhsul ixracının artırılmasında rolu, "Made in Azerbaijan” brendi və s. barədə məlumat verilib. Bununla yanaşı, treninq iştirakçıları İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və bu xidmətlərin "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiyası barədə məlumatlandırılıb.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.
banner

Oxşar Xəbərlər