• şənbə, 20 Aprel, 14:38
  • Baku Bakı 23°C

Qazaxda ekskava­­tor pulemyotlardan atəşə tutulub

12.01.19 13:51 404
Qazaxda ekskava­­tor pulemyotlardan atəşə tutulub
Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqa­mətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs re­ji­minin pozulması halları davam etməkdədir.
Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, 12 yanvar tarixində saat 11:20 və 11:40 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonu­nun Kəmərli kəndi yaxınlı­ğındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən ida­rə olunan ekskava­­tora doğru 7,62 mm çaplı "PK” pulemyotundan və 12,7 mm çaplı "DŞK” pu­lem­yo­tun­dan atəş açılıb, nəticədə 6 güllə eksko­va­torun çalovuna və başqa hissələrinə dəyib, kabinanın şüşəsi sındırılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
banner

Oxşar Xəbərlər