• şənbə, 27 Aprel, 08:32
  • Baku Bakı 12°C

Qaz kəmərində güclü partlayış: böyük yanğın başladı

06.08.13 15:47 1302
Qaz kəmərində güclü partlayış: böyük yanğın başladı
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, partlayış İranın Xuzistan vilayətində Mahşəhr-Əhvaz magistral yolunun üzərində yerləşən “Maron” neft-kimya zavodunda “mavi yanacaq” kəmərində qeydə alınıb.
Nəticədə böyük yanğın əmələ gəlib və bölgəni tüstü qatı bürüyüb. Hadisə yerinə xilasetmə və yardım qrupları ilə yanaşı, “Maron” neft-kimya zavodunun direktoru və digər səlahiyyətliləri gəlib. Partlayışın səbəbi, ölən və ya yaralananların olduğu barədə heç bir məlumat verilməyib.
banner

Oxşar Xəbərlər