• cümə axşamı, 28 mart, 19:04
  • Baku Bakı 13°C

Qaynını öldürmək istəyən şəxsə 14 il həbs

26.04.16 18:04 2941
Qaynını öldürmək istəyən şəxsə 14 il həbs
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən 1978-ci il təvəllüdlü Ağakişi Rəhman oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə A.Hüseynov 14 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, cinayət hadisəsi keçən il iyul ayında Qobustan qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü A.Hüseynov ailə münaqişəsi zəminində qaynı Bəxtiyar Tofiq oğlu Mahmudova çiyin nahiyəsindən çoxsaylı bıçaq xəsarəti yetirməklə öldürməyə cəhd edib. B.Mahmudov ağır bədən xəsarəti ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində A.Hüseynov tutulub.
banner

Oxşar Xəbərlər