• cümə, 29 Mart, 12:39
  • Baku Bakı 14°C

Qaynanası məşhur qapıçını gülləboran etdi

09.04.18 11:35 1115
Qaynanası məşhur qapıçını gülləboran etdi
Kiyev "Dinamo”sunun sabiq qapıçısı Aleksandr Şovkovski ölümdən dönüb.
Kaspi.az xəbər verir ki, Şovkovski Pasxa bayramında qızını görmək üçün sabiq həyat yoldaşı Olqanın evinə gəlib. Ancaq o, qızını görə bilməyib. Əfsanəvi qapıçının qaynanası ona tapançadan bir neçə dəfə atəş açıb. Şovkovski hadisəni belə nəql edib:
"Məhkəmənin təyin etdiyi vaxtda evə gəldim ki, qızımı gəzintiyə aparım. Ancaq nə qızım, nə də anası evdə yox idi.
Ancaq Alyonova Lyubov Pavlovna vardı. Mənim keçmiş həyat yoldaşımın anası. Əvvəlcə, o, eyvandan mənə tərəf daş atmağa başladı. Sonra isə tapançadan atəş açdı.
Xahiş edirəm, məsləhət verin, belə situasiyada mən nə etməliyəm? Polis çağırıb atəş açanı həbs etdirim? Çox narahatam. Çünki mənim qızım belə aqressiv bir adamla eyni mənzildə qalır. Mən isə qızımı tapa bilmirəm”.
Şovkovski ilə Olqa Alyonova 2015-ci ildə ayrılıblar. O, karyerasını 2016-cı ildə bitirib.
banner

Oxşar Xəbərlər