• cümə, 29 Mart, 11:24
  • Baku Bakı 5°C

Qayıtmaq üçün “Barsa”nın qarşısında şərt qoydu

17.04.17 14:15 916
Qayıtmaq üçün  “Barsa”nın qarşısında şərt qoydu
"Milan”ın hücumçusu Xerard Deulofeu "Barselona”ya qayıtmağa etiraz etmir.
Kaspi.az xəbər verir ki, futbolçu Kataloniya klubuna qayıtmaq üçün bəzi şərtlər irəli sürüb. Deulofeu ilk növbədə gələcəyi üçün komandada təminat tələb edir.
O, transfer əməliyyatları zamanı xırda pul olmaq istəmir. Hücumçu daimi oyun təcrübəsinin olmasını da şərt kimi irəli sürüb.
Deulofeunun transfer hüququ "Everton”a məxsusdur. "Barselona” 12 milyon avro ödəsə, onu almaq hüququna sahibdir.
banner

Oxşar Xəbərlər