• cümə, 29 Mart, 13:43
  • Baku Bakı 14°C

Qaydaları pozan piyadalar üçün cərimələr iki dəfə artırılıb

17.07.18 12:50 512
Qaydaları pozan piyadalar üçün cərimələr iki dəfə artırılıb
Hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyada yolun hərəkət hissəsini piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçdiyinə görə 40 manat məbləğində cərimə ediləcək.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidentiİlham Əliyevin bu gün imzaladığı fərmanla qüvvəyə minən "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunda əksini tapıb.
Bu hal istisna olmaqla, yəni hərəkət sürətinin həddi 80 km/saatdan aşağı müəyyən edilmiş yolda piyada yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçdiyinə görə yenə 20 manat məbləğində cərimə ediləcək.
banner

Oxşar Xəbərlər